İsveçin paytaxtı Stokholmda azərbaycanlılar səs verir - FOTO, VİDEO

Bu gün Azərbaycanın prezident seçkiləri üzrə İsveçin paytaxtı Stokholmda yaradılan seçki məntəqələrində seçicilərin fəallığı müşahidə olunur.

Bu barədə Musavat.com-a İsveçdə yaşayan soydaşımız Kənan Rüstəmov (Hacıəkbəroğlu) məlumat verib.

Bildirilib ki, Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin təşkilatçılığı qurulan seçki məntəqələrinə gələnlərin sayı artır.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

07.02.2024 13:15
655