İsveçdə yeni baş nazirin namizədliyi ilə bağlı parlament səsverməsi keçiriləcək

İsveçdə yeni baş nazirin namizədliyi ilə bağlı parlament səsverməsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bunu İsveç parlamentinin sədri Andreas Norlen cümə günü keçirilən mətbuat konfransında bildirib.

Norlen hökumət başçısı postuna Mötədil Koalisiya Partiyasının rəhbəri Ulf Kristerssonun namizədliyini irəli sürüb. Səsvermə oktyabrın 17-də bazar ertəsi keçirilməlidir.

Seçildiyi təqdirdə Ulf Kristersson İsveçin 35-ci baş naziri olacaq, koalisiyasına isə İsveç demokratları, xristian demokratları və liberallar partiyalarının üzvləri daxil olacaq, bununla da onlar kiçik bir fərqlə parlament çoxluğunu formalaşdıracaqlar.

15.10.2022 12:12
432