İsveçdə məsciddə ATIŞMA: Yaralananlar var

Avqustun 15-də günorta saatlarında İsveçin Örebro şəhərində məscidin yaxınlığında atışma baş verib.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb.

Polisdən verilən məlumata görə, hadisə barədə məlumat yerli vaxtla saat 13:45-də (Bakı vaxtı ilə 15:45) daxil olub.

Sakinlərdən hadisə yerinə yaxınlaşmamaqları xahiş edilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Şahidlərin sözlərinə görə, atışma namaz zamanı başlayıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və 7 təcili tibbi yardım briqadası fəaliyyət göstərir.

Musavat.com

15.08.2025 17:54
474