İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dair sənəd sabah imzalanacaq

Sabah, iyulun 5-də Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokollar imzalanacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Alyansın Qərargahından bildirilib.

Təşkilata üzv olan 30 ölkənin hər biri sənədi ratifikasiya etdikdən sonra İsveç və Finlandiya NATO-ya üzv olacaq.

04.07.2022 13:55
288