İsveç Baltik dənizində patrul xidməti aparacaq sualtı qayıqlar inşa etməyə başlayıb.
Musavat.com axar.az-a istinadən xəbər verir ki, bu barədə "Politiko" nəşri məlumat yayıb.
Məlumata görə, "Blekinge" və "Skåne" adlı 66 metrlik sualtı qayıqlar 2027-2028-ci illərdə suya buraxılmalıdır.
İsveçin Rusiyanın mümkün hücumundan qorunmaq üçün sözügedən addımı atdığı bildirilib.