İsveç-Azərbaycan oyununda təxribata cəhd göstərən ermənilər saxlanılıblar - FOTO/VİDEO

AVRO-2024-ün seçmə mərhələsinin II turunda İsveç və Azərbaycan milliləri arasındakı qarşılaşmada ermənilər təxribata əl atıblar. Təxribata cəhd göstərən ermənilər saxlanılıblar.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, təxribatçıların qaldırdıqları banner və əsgi parçası cəmi 30 saniyə havada qalıb.

Belə ki, hüquq-mühafizə orqanlarının əməkdaşları təxribatın qarşısını almaq üçün dərhal müdaxilə ediblər.

Hərəkətləri ilə ikrah hissi yaradan ermənilər stadiondan kənarlaşdırılarkən futbol fanatları tərəfindən təxribatçılığa görə ciddi reaksiya ilə qarşılaşıblar. 

 

 
28.03.2023 10:29
844