İstisu bərpa ediləcəkmi? - RƏSMİ CAVAB

“Kəlbəcərdə turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulub”.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə jurnalistlərə açıqlamasında deyib.

K.Quluzadənin sözlərinə görə, Qarabağın turizm potensialı dünyaya çatdırılmalıdır:

“Qarabağın turizm potensialı nəzərə alınaraq Dövlət Turizm Agentliyi tərəfindən bir neçə istiqamətdə turistik layihələrə başlanılıb. Destinasiyalardan biri Kəlbəcərdir. Burada turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulub. İstisunun bərpası və turistlərin bura cəlb olunması da gündəmdə olan məsələdir”.

22.07.2023 23:38
958