İstirahət mərkəzlərində tibb məntəqələri niyə yoxdur? - VİDEO

Rayonlara istirahətə gedən vətəndaşlar istirahət mərkəzlərində tibb məntəqələrinin olmamasından narazıdırlar. Turistlər bildirirlər ki, istirahətə gələnlər səhhətlərində yaranan problemlərə görə rayon mərkəzinə getməkdə çətinlik çəkirlər.

"Arıya qarşı allergiyam var. Əgər allergiyam qalxsa, müraciət edə biləcəyim tibb məntəqəsi yoxdur. İstirahət mərkəzlərində həkim fəaliyyət göstərsə, daha yaxşı olar. Lerik dağlıq rayondur, burada insanlarda təzyiq probleminə daha çox rast gəlinir" , - deyə turistlər söyləyiblər.

İstirahət mərkəzinin rəhbəri Akif Əliyev qeyd edib ki, onlara əsasən təzyiq, şəkərli diabet və miqren xəstələri müraciət edirlər. Sağlamlığında problem yaranan şəxslərə yardım göstərilsə də, bəzi hallarda bu kifayət etmir. Hətta xəstəni yaxın kəndlərdəki tibb məntəqələrinə çatdırana qədər vəziyyəti pisləşir.

Bəs maraqlıdır, istirahət mərkəzlərində tibb məntəqələrini hansı qurum təşkil etməlidir? Proses necə və hansı şərtlərlə həyata keçirilməlidir?

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

28.08.2024 00:37
299