İstirahət mərkəzinə girmək istəyərkən baryerə çırpıldı – Dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ

Türkiyənin Niğde vilayətində sürücülər üçün nəzərdə tutulmuş yolkənarı dincəlmə mərkəzinə girmək istəyərkən avtomobilin baryerə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.

Musavat.com xəbər verir ki, dəhşətli qəzanın görüntüləri ərazirdəki təhlükəsizlik kamerasına əks olunub.

Qəzada yaralanan sürücü və avtomobildə olan 2 nəfər “Niğde Ömər Halisdemir Universiteti Təhsil və Araşdırma Xəstəxanası”nda müalicə altına alınıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Musavat.com

30.04.2023 01:07
762