İstirahət mərkəzində qarşılarına çıxanı güllələdilər - ŞOK GÖRÜNTÜLƏR

Meksikanın Quanaxuato əyalətindəki kurort şəhərciyində silahlı hücum nəticəsində 3-ü qadın və 1-i uşaq olmaqla 7 nəfər həlak olub.

Musavat.com xəbər verir ki, səlahiyyətlilər hücumun 20 nəfərlik silahlı qrup tərəfindən həyata keçirildiyini bildirərib.

Sosial mediaya əks olunan görüntülərdə atəş səsləri ilə təşviş içində qaçanlar var.

Hücumda 3-ü qadın və 1-i uşaq olmaqla 7 nəfər həyatını itirib, 1 nəfər isə ağır yaralanıb. Səlahiyyətlilər hücumun 20 nəfərlik silahlı qrup tərəfindən həyata keçirildiyini və bir qrupun birbaşa hədəfə alındığını bildirib.

Hücumdan sonra bölgədə genişmiqyaslı əməliyyat başladılıb.

Musavat.com

 

16.04.2023 17:32
1737