"İstədim mənə də Hollivud ulduzu qədər baxış gəlsin" - VİDEO

"Nə qədər çəki versəm də, efirdə kök görünürəm. Çox qəşəng xaş bişirirəm, özümü tərifləməyim. Yeməyi də sevirəm, amma ildə bir dəfə. Bütün yeməkləri ildə bir dəfə yeyirəm. Pəhriz saxlamıram. Arada saxlayırdım, indi yox. Evdə kim nə yesə, onu yeyirəm. Yeyin, için, kef edin".

Bu sözləri müğənni Xatirə İslam "Qonaqcanlı" verilişində deyib.

Sənətçi pəhriz saxlamadığını, son günlər artıq çəki aldığını bildirib.

Xatirə bir müddət əvvəl yayımladığı videodan danışaraq, tənqidlərə cavab verib:

"İnternetdə gördüm ki, Hollivud ulduzunu 6 milyon adam izləyir. Gördüm ziyafət geyimində, hündürdaban ayaqqabıda idman edir. Baxdım ki, nə qədər izlənmə gəlib, səhifəsi dağılıb. Geyindim həmin paltardan, idman etdim və paylaşdım. Bizdə başladılar mənfi yazmağa. Bizdə birmənalı qarşılanmadı, fikir vermirəm. Məqsədim izlənmək idi, onunki qədər izləndim". (Axşam.az)

01.11.2024 16:25
741