İstanbuldakı partlayışda yaralananların sayı 81-ə çatıb, 6 nəfər həlak olub - VİDEO

İstanbulun İstiqlal prospektindəki partlayışda 6 nəfər ölüb, yaralananların sayı 81-ə çatıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

APA-nın İstanbul müxbirinin xəbərinə görə, bunu Türkiyə prezidentinin köməkçisi Fuad Oqtay bildirib. Oqtayın sözlərinə görə, terror aktını 1 qadının törətdiyi ehtimal edilir.

13.11.2022 21:49
1057