İstanbulda bir binanın balkonu çöküb.
Musavat.com xəbər verir ki, baş vermiş hadisə zəlzələ təlaşına səbəb olub.
Belə ki, Küçükçəkmədə 4 mərtəbəli binanın 3-cü mərtəbəsindəki mənzilin eyvanı uçub və aşağı mərtəbədəki eyvanı da sıradan çıxarıb. Hadisənin səhər saat 06:00-da baş verməsi bina sakinlərini daha da qorxudub. Sakinlər daha bir zəlzələnin məhz İstanbulda baş verdiyini zənn ediblər.
Musavat.com