İstanbulda yol çökdü

İstanbulun Alibeyköy səmtində yol çöküb.

Avtobus yoldan keçdiyi zaman çökmə baş verib. Buna leysan yağışların səbəb olduğu bildirilir.

Qəza nəticəsində avtobusun qabaq təkərləri xəndəyə düşüb.

Vəziyyətlə bağlı məlumat alan bələdiyyə qrupları hadisə yerinə gəliblər. Ərazidə təmir işlərinə başlanılıb.

Küçə nəqliyyatın hərəkətinə bağlanıb.

25.08.2022 17:44
440