İstanbulda xəstəxanada yanğın olub

İstanbulun Balıklı Rum Xəstəxanasının damında yanğın baş verib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə yerli media məlumat yayıb.

 

Qeyd olunub ki, xəstələr binadan evakuasiya edilib. Yanğınsöndürənlər yanğına müdaxilə etməyə davam edir.

04.08.2022 14:21
299