İstanbulda tramvay relsdən çıxıb

İstanbul, Güngörəndə tramvay relsdən çıxıb.

Musavat.com Türkiyə mediyasına istinadən xəbər verir ki, Güngören və Bağcılar stansiyaları arasında səfərlər təxirə salınıb. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə İstanbul Böyükşəhər Bələdiyyəsinin əməkdaşları cəlb edilir, hazırda tramvayın hərəkətinin bərpası istiqamətində işlər gedir.

Musavat.com

13.04.2023 13:45
357