Türkiyədə terror əməliyyatı keçirilib.
News24.az xəbər verir ki, İstanbulda keçirilən terror əməliyyatında Əl-Qaidə və DEAŞ üçün pul topladığı iddia edilən 6 şübhəli saxlanılıb.
Həmin şəxslərin qaldıqları ünvanlarda aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal material və təşkilati sənədlər ələ keçirilib.
Şübhəlilərin istintaqı davam etdirilir.