İstanbulda sahilə yaxın üzən delfinlərin rəqsi gündəm oldu - VİDEO

Türkiyədə İstanbul Boğazında delfinlər sahil çox yaxın məsafədə su üzünə çıxıb.

Uzun müddət Beşiktaş Ortaköy sahili yaxınlığında üzən delfin sürüsü vətəndaşlar tərəfindən maraqla izlənilib. Bir müddət rəqs edən delfinlər daha sonra gözdən itiblər.

Sahilə yaxın məsafədə üzən delfinlər ətrafdakılar tərəfindən lentə alınıb.//Mənbə: Haber Global

25.08.2023 03:36
896