İstanbulda PKK əməliyyatı zamanı 9 terrorçu yaxalanıb

İstanbulda separatçı terror təşkilatı PKK-ya qarşı həyata keçirilən əməliyyatda təşkilatın Suriya qolu PYD/YPG sıralarında olan 9 terrorçu yaxalanıb.

“Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyatlar İstanbul Polis İdarəsi Kəşfiyyat Şöbəsi və TEM qrupları (terrorla mübarizə - red.) tərəfindən həyata keçirilib.

Əməliyyatlar zamanı rəqəmsal materiallar və müxtəlif ölçülü 72 güllə ələ keçirilib.

02.07.2023 13:00
307