İstanbulda partlayışda şübhəli bilinən daha 8 nəfər saxlanılıb

Noyabrın 13-də İstanbulun İstiqlal küçəsində partlayışla əlaqədar olaraq daha 8 nəfər saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə Anadolu agentliyi məlumat yayıb.

İstintaq orqanının məlumatına görə, onlar terror aktını icra edən suriyalı Əhləm Əlbəşirə köməkdə təqsirli bilinirlər.

20.11.2022 01:04
497