İstanbulda partlayış: Ölən var

İstanbulda Şirinevler rayonunda yaşayış binasında partlayış olub.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, partlayış nəticəsində 1 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb.

Partlayışın səbəbi qaz sızması olaraq bildirilib.//APA

28.09.2023 19:39
1151