İstanbulda metro inşaatı zamanı yol çökdü: Ardınca iki bina aşdı - FOTO/VİDEO

Türkiyənin İstanbul şəhərinin Ümraniye rayonunda metro inşaatı zamanı yol çöküb.

Yaranan çuxurun kənarında bir avtomobil asılı vəziyyətdə qalıb.

Həmin ərazidəki çökmə riskinə görə iki binanın sakinləri təxliyə ediliblər, lakin bir müddət sonra həmin binalar da aşıb.

Dağıntı ilə əlaqədar əraziyə xilasedici qruplar göndərilib.

Küçə nəqliyyatın hərəkətinə bağlanıb və geniş təhlükəsizlik tədbirləri görülüb.

 

18.01.2024 15:37
1176