İstanbulda mədəniyyət mərkəzində güclü yanğın - FOTO/VİDEO

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda Şəhid Erol Olçok adına Mədəniyyət Mərkəzinin binasında naməlum səəbdən yanğın baş verib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, binanın çöl hissəsində və damında başlayan yanğın nəticəsində güclü tüstü dumanı yaranıb.

Hadisə yerinə xilasedicilər, tibb işçiləri və polis qrupları cəlb ediliblər.

Yanğın söndürülüb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb, lakin binaya böyük ziyan dəyib.

Hadisə yerində işlər davam etdirilir.

 







21.08.2023 18:26
495