Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində 16 mərtəbəli binanın alt mərtəbəsində yerləşən gecə klubunda dəhşətli yanğın olub.
Musavat.com bildirir ki, ölənlərin sayı 29-a çatıb.
Hadisə ilə bağlı açıqlama verən İstanbul valisi Davud Gül yanğının səbəbinin bəlli olmadığını söyləyib:
“Təmir işləri gedirdi. Həyatını itirənlər təmir üçün çalışanlardır”.
Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabından açıqlamasında hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.
Ədliyyə naziri Yılmaz Tunç yanğınla bağlı 5 nəfər haqqında isə həbs qərarı verildiyini açıqlayıb.
İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu da hadisə yerinə gələrək səlahiyyətlilərdən məlumat alıb və mətbuata açıqlama verib.
"İçəridə axtarış və təhqiqat işləri davam edir. İçəridəki digər insanların sağ olaraq xilas edilmə ehtimalı var. Proses çətindir, çünki tikinti ilə bağlı bəzi materiallar çox nizamsız bir şəkildə yığılmış kimi görünür. Qanunsuz tikinti aparılıb, prokurorluq lazımi araşdırmalara başlayıb",-deyə Əkrəm İmamoğlu bildirib.
17:24
Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində 16 mərtəbəli binanın alt mərtəbəsində yerləşən gecə klubunda dəhşətli yanğın olub.
Musavat.com bildirir ki, ölənlərin sayı 25-ə çatıb.
17:02
Türkiyənin İstanbul şəhərində 16 mərtəbəli binanın alt mərtəbəsində yerləşən gecə klubunda dəhşətli yanğın olub.
Musavat.com xəbər verir ki, hadisə nəticəsində 15 nəfərin öldüyü, 10-a yaxın isə yaralının olduğu bildirilir.
Yanğından dərhal sonra əraziyə xilasetmə, sağlamlıq və polis qrupları cəlb edilib.
Binanın klub kimi istifadə olunan mənfi 1-ci və mənfi 2-ci mərtəbələrində baş verən yanğına yanğınsöndürənlər 31 texnika və 86 canlı qüvvə ilə cəlb olunub.
Yanğında qalanların xilas edilməsi istiqamətində işlər davam edir.
Faktla bağlı araşdırma aparılır.
Musavat.com