İstanbulda erməni kilsəsi yandı: Ölənlər var

Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunun Karaköy məhəlləsindəki Surp Pırgiç erməni katolik kilsəsinin yaşayış binasında baş verib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Yanğınsöndürənlərin 4 saatlıq fəaliyyətindən sonra yanğın söndürülüb.

Hadisənin başvermə səbəbi araşdırılır.

 
24.01.2023 09:15
1009