Türkiyənin İstanbul şəhərində dəhşətli qətl hadisəsi baş verib.
Musavat.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, 2 uşaq anası Gülər Gökgöz sevgilisi T.E. tərəfindən uşaqlarının gözü qarşısında silahla vurularaq öldürülüb.
Hadisə iyulun 1-i, səhər saatlarında Fevzi Çakmak məhəlləsində 4 mərtəbəli binanın zirzəmisində baş verib. Cinayətin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Qətli törədən T.E. nəzarətə götürülüb.
Musavat.com