İstanbulda bina uçdu - VİDEO

İstanbulda 3 mərtəbəli bina çöküb, 1 nəfər yüngül xəsarət alıb. 

Musavat.com xəbər verir ki, hadisə Fateh rayonunun Zeyrek səmtində baş verib. Binanın uçması nəticəsində böyük gurultu əmələ gəlib. Hadisə yerinə axtarış-xilasetmə qrupları çağırılıb. Məlumolub ki, binada yaşayış yox imiş.

Binanın uçmasından sonra İstanbul valiliyindən açıqlama verilib.

"Cümə axşamı saat 23.10 radələrində Fatih rayonunun Zeyrek məhəlləsində üçmərtəbəli tərk edilmiş bina uçub. Hadisə zamanı yoldan keçən 1 vətəndaş yüngül xəsarət alıb. İlkin məlumatlara görə, boş binanın altında qalan yoxdur, lakin qruplar hadisə yerində işlərini davam etdirir", - valilikdən verilən açıqlamada deyilir. 

 

Musavat.com 

13.09.2024 00:48
553