Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda kütləvi qəza baş verib.
"Report" bu barədə A Haber telekanalına istinadən xəbər verir.
Hadisə zamanı bir avtobus daxil olmaqla 16 avtomobil toqquşub.
Xəsarət alanların olduğu bildirilir.
İlkin məlumata görə, avtobusun əyləc sisteminin sıradan çıxması qəzaya səbəb olub.