İstanbul "sxodkası" - Bir azərbaycanlıya ad verdilər, digəri ala bilmədi, ikisi isə...

İstanbulda "qanuni oğru"ların toplantısı keçirilib.

Musavat.com “lent.az”a istinadən bildirir ki, toplantıda bir neçə avtoritet taclandırılıb.

Əslən Lerikdən olan, amma Masallıda böyüyüb başa çatdığı üçün kriminal aləmdə "Masallı Zaur, "İstanbul Zaur" kimi tanınan azərbaycanlıya da "qanuni oğru" adı verilib.

Əldə etdiyimiz başqa bir məlumata görə, yaxın vaxtlarda hazırda Fransada həbsdə olan Emin Qasımov (Emin Naxçıvanski) Qobustan qapalı həbnsxanasında cəza çəkən Firdovsi Mustafayev, Gəncəli Firdovsi də yaxın zamanlarda "qanuni oğru" adını alacaq.

Başqa bir məlumata görə, "Sabirabdlı Hikmət"in qardaşı oğlu və hazırda Türkiyədə yaşayan Məmmədqulu Muxtarova isə yenə də oğru adı verilməyib. Səbəb "Lotu Quli"nin qardaşı Namiq Bakinskinin buna mane olmasıdır.

14.06.2023 10:25
3382