İstanbul sakinlərinə xəbərdarlıq olundu - Ayın sonunadək...

İstanbul sakinlərinə hava ilə bağlı xəbərdarlıq olunub.

Bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) və Fəlakət Koordinasiya Mərkəzi (AKOM) məlumat yayıb.

Şəhərdə qar yağışının bu gecə daha şiddətli olacağı və bazar ertəsi günorta saatlarına qədər güclü yağış yağacağı gözlənilir.

Bildirilib ki, İstanbulda havanın temperaturunun yanvarın 31-dək mövsüm normalarından 2-5 dərəcə aşağı olacaq.

Bundan əlavə Ankarada səhər tezdən başlayan qar zaman-zaman təsirini artırıb. Böyükşəhər və rayon bələdiyyələrinə tabe olan qruplar qarın həyata mənfi təsir göstərməməsi üçün əsas yollarda, ara küçələrdə, parklarda və səkilərdə duzlama və qar kürələmə işlərini həyata keçirib.//BAKU.WS 

29.01.2024 11:51
930