Musavat.com xəbər verir ki, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının üçüncü raundundan sonra əsas bəyanatlarla çıxış edib:
▪️ Rusiya Ukraynaya 24-48 saatlıq atəşkəs təklif edib. Məqsəd – döyüş bölgəsindən yaralıların və həlak olan hərbçilərin çıxarılmasıdır.
▪️ Üç işçi qrupun yaradılması təklif olunub. Rusiya tərəfi onlayn rejimdə fəaliyyət göstərəcək üç işçi qrupun yaradılmasını təklif edib. Ukrayna bu təşəbbüsü nəzərdən keçirməyə razılıq verib.
▪️ Mövqelər hələ də uzaqdır. Tərəflər arasında mövqelər memorandumlarda əks olunsa da, onlar bir-birindən hələ də xeyli fərqlənir.
▪️ Humanitar mübadilə razılaşdırılıb. Ümumilikdə 1200 nəfəri əhatə edəcək qarşılıqlı humanitar mübadilənin aparılması nəzərdə tutulur. Bu proses həm hərbçiləri, həm də mülki şəxsləri əhatə edəcək.
▪️ Danışıqların dördüncü raunduna ümid var. Medinski bildirib ki, Rusiya tərəfi növbəti mərhələnin keçiriləcəyinə ümid edir.
▪️ Putin-Zelenski görüşü yalnız yekun mərhələdə baş tuta bilər. Medinskinin sözlərinə görə, belə bir zirvə görüşü ciddi və ətraflı hazırlıq tələb edir və yalnız yekun razılaşmaların əldə olunacağı mərhələdə keçirilməlidir.
Musavat.com