İstanbul boğazı gəmilərin hərəkəti üçün qapadıldı

İstanbulda bəzi gəmi xidmətlərinin əlverişsiz hava şəraiti səbəbindən növbəti xəbərdarlı]a qədər fəaliyyət göstərə bilməyəcəyi bildirilib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Sahil Təhlükəsizliyi Ümumi Müdirliyinin yaydığı məlumata görə, yerli vaxtla saat 04.55-dən etibarən Boğazdə gəmilərin hərəkətinin dayandırıldığı bildirilib.

Beykoz-Sarıyer, Aşiyan-Anadolu Hisarı-Küçüksu, Üsküdar-Aşiyan, İstinye-Çubuklu (Avtomobil gəmisi), Rumeli Kavağı-Eminönü və Anadolu Kavağı-Rumeli Kavağı-Sarıyer xətləri fəaliyyət göstərə bilməz.

06.04.2024 12:00
862