İşsizliyə görə müavinət üçün sığorta stajının müddəti azaldıldı

Azərbaycanda 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda işsizliyə görə müavinət ala biləcək.

Musavat.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqləyi “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Beləliklə, sığorta stajının müddəti 30 aydan 24 aya endirilib.

29.12.2023 16:55
533