İsrailli polislərə kamikadze hücumu olub: Ölən və xəsarət alanlar var - VİDEO

Fələstinin Cenin şəhərində israilli polislərə kamikadze hücumu olub.

Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.  

Bildirilib ki, avtomobilin partladılması nəticəsində İsrail sərhəd polisinin üç əməkdaşı yaralanıb, bir nəfər - 19 yaşlı Şay Qarmai ölüb.

Yaralılar Hayfadakı xəstəxanaya yerləşdiriliblər.

Hadisənin digər təfərrüatı barədə məlumat verilmir.

07.01.2024 17:12
840