Müharibə vəziyyətində olan İsrail hökuməti kabinetdə dəyişiklik edib. Belə ki, Eli Koen İsrailin yeni energetika naziri vəzifəsinə təyin edilib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Eli Koenin yerinə İsrael Kats xarici işlər naziri təyin edilib.
Məlumata görə, hazırkı hökumət hakimiyyətdə qalarsa, Koen 2026-cı ildə xarici işlər naziri vəzifəsini icra edə biləcək.
Digər tərəfdən, İsrail hökuməti təxirə salınan bələdiyyə seçkilərinin fevralda keçirilməsi üçün yaşıl işıq yandırsa da, qərar Knesset (parlament) tərəfindən təsdiqlənməlidir.
Musavat.com