İsrailin Qəzzaya nəzarət əməliyyatı 2026-cı ilə qədər davam edəcək

İsrailin Qəzza zolağına nəzarəti ələ almaq üçün başladığı hərbi əməliyyatın 2026-cı ilə qədər davam edəcəyi gözlənilir.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun “Qaley Tsahal” adlı hərbi radiosu yayıb.

Məlumata görə, əməliyyatın ən gərgin mərhələsində təxminən 130 min ehtiyat hərbçi manevrlərə cəlb olunacaq.

Qeyd edək ki, İsrail hərbçilərinin Qəzzadakı mövcud əməliyyatları artıq bir neçə aydır davam edir və bölgədə vəziyyət hələ də gərgin olaraq qalır.

Musavat.com

20.08.2025 12:06
213