İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ölkəsi müharibə istəmir, lakin hadisələrin hər hansı mümkün inkişafına hazırlaşır.
“Ynet” portalının məlumatına görə, nazir Beyrutda “Hizbullah” silahlı qüvvələrinin yüksək rütbəli komandirlərindən biri Fuad Şükürə endirilən zərbədən və radikal HƏMAS hərəkatının rəhbəri İsmayıl Haniyənin Tehranda raket zərbəsi ilə öldürülməsindən sonra hava hücumundan müdafiə batareyasına baş çəkib.
“Bütün səviyyələrdə iş görmək lazımdır”, - deyən nazir əsgərlərə müraciət edərək bildirib.
Musavat.com