İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 10-a çatıb

İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) Livanın cənubundakı Nəbatiyyə şəhərində yerləşən yaşayış binasına endirdiyi zərbələr nəticəsində 10 nəfər ölüb.

“Report” Qətərin “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bunu Livanın Səhiyyə Nazirliyi bildirib.

İsrail Müdafiə Qüvvələri isə öz növbəsində Nəbatiyyə şəhərində “Hizbullah”ın silah anbarına zərbələr endirdiklərini bildirib.

17.08.2024 13:53
214