İsrailin İrana zərbələri neftin qiymətinə GÖRÜN NECƏ TƏSİR ETDİ

İsrailin İrana zərbələrinin enerji obyektlərindən yan keçməsi tərəflər arasında münaqişənin kəskinləşməsi ehtimalını kəskin azaldıb ki, bu da neft bazarında qiymətlərin sürətlə ucuzlaşmasına səbəb olub.

Musavat.com xəbər verir ki, bu gün səhərdən Brent markalı neftin bir bareli 4 dollara yaxın ucuzlaşaraq 72 dollar olub.

WTI markalı neft isə 4,2 dollar (5,85 faiz) ucuzlaşaraq bir barel üçün 67,58 dollara düşüb.

“MarketWatch” qeyd edir ki, İsrailin İranın neft obyektlərinə hücum etməməsi, eləcə də ümumilikdə hücumun gözləniləndən daha kiçik miqyası treyderlərin münaqişənin mümkün gərginləşməsi ilə bağlı narahatlıqlarını azaldıb. Üstəlik, İranın lideri Ayətullah Əli Xamenei dərhal qisas alacağına söz verməkdən çəkinib.

Musavat.com

28.10.2024 18:43
8753