İsrailin Baş Qərargah rəisi İranı hədələdi

İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi xarici mediaya açıqlamasında beynəlxalq tərəfdaşlara təşəkkür edib.

Musavat.com xəbər verir ki, öz açıqlamasında Tehranı birbaşa təhdid edib: “İran öz hərəkətlərinin nəticələri ilə üzləşməli olacaq, biz müvafiq cavab variantlarını seçəcəyik”.

Qeyd edək ki, bir sıra İsrail qaynaqları Tel Əvinin yaxın saatlarda İrana qarşı əməliyyatlara başlayacağını bildirib.

 

Musavat.com

15.04.2024 22:56
880