İsrail ordusu "Hizbullah"a qarşı başlatdığı yerüstü əməliyyatdan sonra, ilk dəfə olaraq Livan sərhədini keçib.
Musavat.com xəbər verir ki, "Jerusalem Post" qəzetinin məlumatına görə, 282-ci artilleriya alayının 411-ci batalyonu M109 özüdüzən haubitsaları ilə sərhədi keçərək, Cənubi Livanda mövqeləri atəşə tutmağa başlayıb.
Bu əməliyyat, İsrailin Hizbullahın mövqelərinə qarşı yeni bir təzyiq formasıdır.