İsrailə etiraz etmək üçün hamburger yeyən insanları DÖYDÜLƏR

Türkiyənin Konya şəhərində İsrailin Qəzzaya hücumlarına etiraz edən qrup ticarət mərkəzində hamburger şəbəkəsinin müştərilərinə hücum edib.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, hadisə kameralar tərəfindən qeydə alınıb.

Yayılan görüntülərdə əllərində pankartlarla ticarət mərkəzinə daxil olan izdihamlı qrup İsrail əleyhinə şüarlar səsləndirərək, Fələstinə dəstək verib.

Yemək növbəsini gözləyən müştərilər heç bir reaksiya vermədən həmin anları seyr edərkən, birdən xaos yaranıb. Belə ki, mübahisədən sonra tərəflər stul ataraq bir-birinə hücum ediblər.

Hadisə iştirakçıları alış-veriş mərkəzinin təhlükəsizlik xidməti tərəfindən çətinliklə ərazidən uzaqlaşdırılıb. 

Musavat.com

13.06.2024 12:27
587