İsrail hərbçiləri oktyabrın 7-dən indiyədək ölkə ərazisinə 9500 raketin buraxılmasını qeydə alıb.
Bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.
“Hava hücumundan müdafiə qüvvələri qorunan ərazilərdə yüzlərlə raketi ələ keçirib və quru qoşunlarının Qəzza zolağına daxil olmasından sonra bu, nəzərəçarpacaq dərəcədə azalıb”, - məlumatda deyilir.
Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu elan edib.//Report