İsraildən XƏBƏRDARLIQ - Dərhal TƏRK EDİN!

İsrail ordusu Livanın Beyrut şəhərinin Zahiyə bölgəsində yerləşən üç binanın sakinlərinə çağırış edib.

Musavat.com xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, bu bölgədə və həmin yaşayış məntəqələrinin ətrafında olan binaların sakinlərindən olduqları yerlərdən dərhal çıxmaq tələb edilib.

Bildirilib ki, qeyd edilən bölgədə Hizbullahın hərbi infrastrukturu var və bir neçə saat ərzində həmin ərazilər raketlərlə atəşə tutulacaq. 

yeni.jpg (236 KB)

Musavat.com

28.09.2024 00:58
1761