İsrail Baş nazir Binyamin Netanyahunun Qeysəriyyədəki iqamətgahına edilən hücuma cavab verəcək.
Bu barədə “The Jerusalem Post”a diplomatik mənbə bildirib.
“Sui-qəsd cəhdinə cavab veriləcək”, - mənbə söz verib. Onun sözlərinə görə, İran Netanyahuya qarşı sui-qəsd cəhdinə görə məsuliyyət daşıyır, çünki İsrailə qarşı çıxan Livanın “Hizbullah” qruplaşmasını dəstəkləməkdə davam edir.
Xatırladaq ki, oktyabrın 19-da “Hizbullah” İsrailin Baş naziri Binyamin Netanyahunun Qeysəriyyədəki şəxsi iqamətgahına pilotsuz uçuş aparatları ilə hücum edib. Hücum nəticəsində xəsarət alan olmayıb. Baş nazir və həyat yoldaşı Sara hücum vaxtı iqamətgahda olmayıb./Report