İsraildən SENSASİON İDDİA - 150 mindən çox raket...

“Hizbullah” hərəkatı 150 mindən çox raket arsenalına malikdir.

Musavat.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, bəzi silah anbarları yaşayış binalarının altında yerləşir: “Biz Livan xalqı ilə münaqişədə deyilik. İsrail ordusu öz xalqını qoruyur”.

Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri “Hizbullah” hərəkatının raket bölməsinin komandiri Məhəmməd Əli İsmayıl və onun müavini Hüseyn Əhməd İsmayılın öldürüldüyünü bəyan edib.

Şahanə Rəhimli,
Musavat.com

28.09.2024 09:39
793