İsrail Hərbi Hava Qüvvələrinin Livana endirdiyi zərbə nəticəsində şiə Hizbullah hərəkatının Radvan xüsusi təyinatlılarının yüksək komandanlığına daxil olan 20-yə yaxın şəxs öldürülüb.
Musavat.com xəbər verir ki, Axios bu barədə İsrail rəsmisinə istinadən məlumat yayıb.
Bundan əvvəl İsrail Beyruta zərbə endirib. Hücumun hədəfi Hizbullah xüsusi əməliyyat komandanlığının rəhbəri İbrahim Aqil olub. İsrail ordusu zərbə nəticəsində Aqilin məhv edildiyinə dair məlumat yayıb. Lakin Hizbullah Aqilin ölümünü təsdiqləməyib.
"Zərbə nəticəsində Radvan qüvvələrinin yüksək səviyyəli komandirləri - 20-yə yaxın komandir öldürülüb", - İsrail rəsmisi bildirib. Onun sözlərinə görə, İsrail belə qənaətə gəlib ki, Livanla sərhəddəki vəziyyəti hərbi eskalasiya olmadan diplomatiya yolu ilə həll edə bilməz.
Musavat.com