İsraildən HƏMAS ilə bağlı ŞOK ETİRAF

İsrailin Hərbi Nazirlər Kabinetinin üzvü Gideon Saar HƏMAS-la bağlı etiraf kimi açıqlama verib. 

Musavat.com-un Al Jazeera-ya istinadən xəbərinə görə, Saar deyib ki, HƏMAS məğlub olmaqdan çox uzaqdır.

Onun sözlərinə görə, İsrailin hücumlarına baxmayaraq, HƏMAS-ın Qəzzaya nəzarətini davam etdirməsi hazırda HƏMAS-ın bu bölgə üzərində idarəçiliyinə uyğun alternativin olmadığını göstərir.

"HƏMAS məğlub olmaqdan çox uzaqdır və Qəzza zolağında HƏMAS idarəçiliyinə alternativin olacağını düşünən varsa, bu, baş verməyəcək" - Saar əlavə edib.

İsrailin Hərbi Nazirlər Kabinetinin digər üzvü Gadi Eisenkot deyib ki, İsrail rəsmiləri özlərini aldatmağı dayandırmalı və Qəzzada saxlanılan məhbusları geri qaytarmaq üçün razılığa gəlməlidirlər.

Musavat.com

16.01.2024 17:00
1085