İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubundakı sakinlərə təcili təxliyə xəbərdarlığı edib.
Musavat.com xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.
Qeyd edilib ki, yayılan xəritələrdə "Hizbullah"a məxsus sığınacaqların olduğu qeyd edilib. Ona görə də, İsrail ordusunun həmin korrdinatlara zərbələr endirəcəyi bildirilib.
"Qeyd edilən ərazilərdən ən az 500 metr aralı qalmağınız və həmin yerləri tərk etməyinizi təkidlə tələb edirik".
Məlumata görə, xəbərdarlıqdan bir saat sonra xəritədə göstərilən bütün yerlərə zərbələr endiriləcək.
Musavat.com