İsrailin müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostin ilə telefonla danışıb.
Musavat.com xəbər verir ki, bu barədə "Ynet News" portalı məlumat yayıb.
Bildirilib ki, Qalant Ostinə İsrail Müdafiə Qüvvələrinin "Hizbullah"a qarşı əməliyyatı barədə məlumat verib.
"İsrail vətəndaşları üçün gözlənilməz təhlükənin qarşısını almaq məqsədi ilə Livana dəqiq zərbələr endirdik. Beyrutdakı hadisələri diqqətlə izləyirik və vətəndaşlarımızı qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməyə qərarlıyıq", - "Ynet News" Qalantın sözlərini sitat gətirib.
"Jerusalem Post" qəzeti nazirlərin söhbətinin İsrailin şimalında "Hizbullah" hərəkatının raket buraxılışı xəbərləri fonunda baş verdiyini qeyd edib.
Bundan əvvəl “The Times of Israel” qəzeti bazar günü Livandan İsrailə doğru 320 raket atıldığını yazmışdı.
Şahanə Rəhimli
Musavat.com